Xəbər lenti

“Təfəkkür” Universitetinin bağlanmasını eks rektor istəyib - Açıqlama
Ölkə09:08 18.01.2017

“Təfəkkür” Universitetinin bağlanmasını eks rektor istəyib - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Bu barədə Təhsil Nazirliyi rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti ötən ilin oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Lakin Unversitet hələ də faktı təsdiqləmir və bu xəbərin doğru olmadığını deyir. 

Universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, Təhsil nazirliyinə keçmiş rektor müraciət edib:

"Rektor oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edib və oktyabr ayının 15-də işdən çıxıb.  Nəticə ilə bağlı mənim açıqlama vermək səlahiyyətim yoxdu. Hazırda prorektor İlham Musayev bu işlə məşğul olur". Prorektor İlham Musayevlə isə əlaqə yaratmaq mümkün olmadı.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupu yaradılıb.

"Təfəkkür" Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun formalaşdırılması üçün 2 ay vaxt verilib.

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az