Xəbər lenti

Təhlükəli xəstəlik: mal-qara tələf olur - VİDEO
Ölkə19:44 02.10.2016

Təhlükəli xəstəlik: mal-qara tələf olur - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Astarada  heyvanlar arasında xəstəlik yayılıb. 
xeyli sayda heyvan artıq tələf olub. Əsasən iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik bir neçə kənddə müşahidə edilsə də, ən acınacaqlı vəziyyət rayonun Şiyəkəran kəndindədir. Sakinlərin sözlərinə görə, xəstə heyvanların sayı 100-dən artıqdır. Edilən müalicələr heç bir effekt vermir. Artıq xəstə heyvanlara baytar həkimlər də baş çəkib.
Astara Baytarlıq İdarəsinin müdiri Mübariz Axundovun sözlərinə görə, xəstəlik yağışlı günlərdə heyvanların örüşə çıxarılması səbəbindən yaranıb. Mal-qara otlardan zəhərlənib. Heyvanların tövləyə qaytarılıb quru otla yemləndirilməsindən sonra hər şey qaydasına düşəcək. (ATV)
Qaynarinfo.Az