Xəbər lenti

Təhlükəsizlik xidmətinin binasına hücum
Ölkə07:01 24.07.2013

Təhlükəsizlik xidmətinin binasına hücum

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirin Əl-Mənsurə şəhərində  təhlükəsizlik xidmətinin binasına hücum olub.

APA-nın “Ria novosti” agentliyinə istinadən yaydığı xəbərə görə, nəticədə bir nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Misirin Şimali Dəxaliyə vilayətində isə naməlum şəxslər təhlükəsizlik xidmətinin qərargahına bomba atıb.

Hələlik bu hücumlara görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Qaynar.info