Xəbər lenti

Təhmasib Novruzov Rəhim Qazıyevi polisə şikayət etdi
Ölkə09:40 09.04.2013

Təhmasib Novruzov Rəhim Qazıyevi polisə şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov keçmiş müdafiə naziri Rəhim Qazıyevdən polisə şikayət edib.

R. Qazıyev APA-ya bildirib ki, bu gün o, Səbayel rayon Polis İdarəsində müstəntiq Ziya Məmmədova ifadə verib.

Sabiq nazirə bildirilib ki, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov bir televiziya debatında R. Qazıyevin onu təhqir etdiyini, debatdan sonra isə fiziki xəsarət yetirdiyini deyib.

R. Qazıyev isə ittihamı qəbul etmədiyini, bu hadisənin 11 ay əvvəl baş verdiyini qeyd edib: “Həm də mən xalqı təhqir etməmişəm. Təhmasib Novruzov isə şikayətində xalqı satqınlıqda ittiham etdiyimi yazıb”.

Qaynar.info