"Rus dilində tədris yalnız rusdillilər üçün olmalıdır. Övladlarınızın Azərbaycan dilində təhsil almasına çalışın. İmkan varsa, ingilis dilini öyrədin övladınıza. Dil bilmək eyib deyil. Rus dilini övladınıza öyrədin, daha dəb xatirinə rus bölməsinə övladınızı qeydə aldırıb, kor etməyin”.
Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi rus bölməsilə bağlı övladını məktəbə qeydə aldıra bilməyən şəxslərə müraciətidir. Ekspert bildirib ki, adamlar normal qaydada Azərbaycan dilində danışa bilmir, amma məcburən hər növ yollara əl atırlar ki, uşaq mütləq "rus sektır"ında təhsil alsın:
"Valideyn Azərbaycan dilini adi məişət üslubu səviyyəsində bilmir, amma aparıb uşağı rus bölməsinə yazdırır. Bədbəxt edir övladını. Nə var ki, uşaq "русскоязычный" olacaq. Niyə? Çünki, qonşusu və ya digər bir qohumu rusdillidir və uşağı rus bölməsində təhsil alır. Bu da gözlərini süzdürüb rus dilində əzbərlədiyi ifadəni deməlidi axı: "Нигуш, наши тоже учатся в русской сектыр"”.
Elçin Əfəndi deyir ki, rus bölməsinə gedən uşaqlar aşağıdakılarla üzləşir:
1. Sıxlıq. Sinifdə 40-45 şagird.
2. Yaşadığı ərazidən xeyli aralıda məktəbə gediş-gəliş, fiziki yorğunluq.
3. Rus təfəkkürü formalaşır. Milli-mənəvi dəyərlər keçir arxa plana.
4. Ev tapşırıqlarını işləyə bilmir. Evdə valideyn də rusdilli olmadığı üçün yardım ala bilmir.
5. Nitqdə qüsur yaranır.
6. Valideynlərlə və eləcə də digər həmyaşıdları ilə kommunikasiyada çətinlik yaranır. Ciddi ünsiyyət problemi özünü göstərir və s. və ilaxır.
Bahar