Xəbər lenti

Təhsil ekspertindən təklif: dərsliklər yığılmasın
Ölkə05:43 07.06.2021

Təhsil ekspertindən təklif: dərsliklər yığılmasın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təklif edirəm ki, bu il xüsusilə ibtidai sinif şagirdlərindən dərsliklər yığılmasın".
Qaynarinfo xəbər verir ki, bu təklifi təhsil eksperti Kamran Əsədov 2020-2021-ci tədris ilinin başa çatması ilə Təhsil Nazirliyi tərəfindən məktəblərə dövlət tərəfindən pulsuz  paylanılan dərsliklərin şagirdlərdən geri yığılması məsələsinə  münasibətində deyib. O bildirib ki, dərsliklər növbəti tədris ilində şagirdlər üçün dərslik komplektlərinin təmin edilməsi üçün zəruridir:
 
"Çünki bu il istər pandemiya səbəbindən, istərsə də vətən müharibəsi səbəbindən şagirdlərin dərs oxumasında maneələr, çətinliklər olub. Şagirdlərin yay tətili dövründə həm də imkan olduqca dərslərini təkrarlaması üçün kitabların onlarda qalması yaxşı olardı. İbtidai sinif şagirdlərinin hazırlıq səviyyəsi əvvəlki illərlə müqayisədə zəifdir".
Ekspert hesab edir ki, yay boyu oxuma, yazma bacarıqlarının tamam itməməsi üçün dərsliklərin onlarda qalmasına şərait yaratmaq yaxşı olardı.
Bahar Rüstəmli