Xəbər lenti

Təhsil İdarəsinin müdirindən direktorlara çağırış
Ölkə12:17 15.03.2013

Təhsil İdarəsinin müdirindən direktorlara çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bakı şəhər məktəblərində Valideyn-Müəllim Assosiasiyasının yaradılması işi sürətləndirilməlidir”. Qaynar.info aznews.az-a istinadən xəbər verir ki, bunu Təhsil Şurasının iclasında Bakı şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib. 

Onun sözlərinə görə, direktorlar məktəblərdə VMA-ların yaradılması məsələsinə daha ciddi yanaşmalıdır: “Məktəblərdə mütləq VMA yaradılmalıdır. Bu sizin işinizə xeyli kömək edəcək. Beləliklə məktəblərlə valideynlər arasında əməkdaşlıq daha da güclənəcək və bu təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”.

Qaynar.info