
Təhsil Nazirliyində müvafiq struktur dəyişiklikləri həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Məktəbəqədər təhsil sektoru ilə Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi ilə Elm şöbəsi və Ümumi şöbə ilə İctimaiyyətlə əlaqə şöbəsi birləşdirilib. Əvəzində Ümumi təhsil şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi və İnformasiya şöbəsi yaradılıb.
Nazirin bu əmri nəticəsində adları çəkilən şöbələrin də müdirləri avtomatik olaraq vəzifədən azad olunublar. Onlardan kimin işdə qalıb, kimin qalmayacağına tezliklə aydınlıq gətiriləcək.