Xəbər lenti

Təhsil Naziri Ceyhun Bayramov kimdir? - DOSYE
Ölkə15:51 23.04.2018

Təhsil Naziri Ceyhun Bayramov kimdir? - DOSYE

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uzun müddətdir boş qalan təhsil naziri postu Ceyhun Bayramova həvalə edilib.
Qaynarinfo xəbər verir ki, Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ” hüquq şirkətinin direktoru olub.
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global”, "IFLR1000” və "Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.
Prezident İlham Əliyevin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil naziri təyin olunub
Evlidir, 2 övladı var.