
“Bu tələblərə cavab verməyən kadrlar özü getməli olacaq"
Yeni təhsil naziri Mikayıl Cabbarov nazirlikdə hələlik heç bir kadr dəyişikliyi aparmayıb. AzNews.az xəbər verir ki, nazir əməkdaşlarla görüşündə bildirib ki, işini bilən hər bir kadr öz işini bundan sonra da davam etdirəcək:
"Hər nazirin öz tələbi var. İşinin öhdəsindən gələ bilən, günün tələblərinə cavab verən, öz üzərində mütəmadi olaraq işləyən kadrlar öz vəzifələrində qalacaq. Bu tələblərə cavab verməyən kadrlar isə təbii ki, özü getməli olacaq".
Qaynar.info