Xəbər lenti

Təhsil naziri: “Müəllim və tələbələrə vaksinasiya məsələsində güzəşt olmayacaq”
Ölkə10:53 07.09.2021

Təhsil naziri: “Müəllim və tələbələrə vaksinasiya məsələsində güzəşt olmayacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çox sayda müəllim var ki, koronavirus əleyhinə vaksinasiyadan imtina edirlər”. 
Bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib. 
Onun sözlərinə görə, tibbi və sağlamlıq baxımından vaksinasiya vacibdir. 
Nazir qeyd edib ki, 18 yaşdan yuxarı tələbələr, habelə təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstərişlə bağlı sənəd təqdim etməlidir: 
"Bu barədə güzəşt olmayacaq. Bu, müəllimlərə də aiddir”. /Oxu.az