Xəbər lenti

Təhsil naziri: "Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib"
Ölkə18:33 29.09.2021

Təhsil naziri: "Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz hesab edirik ki, oktyabrın əvvəlinə qədər 4 milyon insan hər iki dozada vaksinasiya olunacaq”.
Qaynarinfo xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib:
"Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.