Xəbər lenti

Təhsil naziri Şamaxıya getdi
Ölkə10:21 22.06.2013

Təhsil naziri Şamaxıya getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mikayıl Cabbarov vətəndaşları qəbul edib

İyunun 22-də təhsil naziri Mikayıl Cabbarov Şamaxıda vətəndaşları qəbul edib. Anspress-in məlumatına görə, Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şamaxı, habelə Ağsu, İsmayıllı və Qobustan rayonlarından gəlmiş vətəndaşların müraciətləri dinlənilib.

Adları çəkilən rayonların təhsil şöbələri müdirlərinin, eyni zamanda nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşlar əsasən işə götürülmə, dərs saatlarının artırılması, məktəb və uşaq bağçalarının təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil haqqı və köçürmələrlə əlaqədar müraciət edib.

Əksər məsələlər yerindəcə, operativ şəkildə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülüb.

Qaynar.info