Xəbər lenti

Təhsil naziri: "Tələbələr üçün yeni yataqxana istifadəyə veriləcək"
Ölkə11:58 25.04.2018

Təhsil naziri: "Tələbələr üçün yeni yataqxana istifadəyə veriləcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında, həmçinin gənc kadrların formalaşmasında və alim kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. 
O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.
Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: 
"Növbəti tədris ilində yataqxananın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu da təmir ediləcək”.