Xəbər lenti

Təhsil Nazirliyindən Anadolu Universitetinə zərbə
Ölkə09:51 26.07.2013

Təhsil Nazirliyindən Anadolu Universitetinə zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Anadolu Universiteti Türkiyənin qanuni fəaliyyət göstərən ali təhsil müəssisəsidir.
Lakin bu universitetin Bakıdakı filialı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb, onun təhsil fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməyib”.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşlarını sualları cavablandırılarkən bildirilib. Qeyd olunub ki, filialın qanunsuz fəaliyyəti barədə Təhsil Nazirliyi tərəfindən universitetin rəhbərliyinə, Azərbaycanın Türkiyədəki səfirliyinə müvafiq məktublar göndərilib.  Bildirilib ki, Türkiyənin Atatürk Universitetinin Azərbaycanda filialının yaradılması barədə də nazirlikdə məlumat yoxdur.

Qaynar.info