Xəbər lenti

Təhsil Nazirliyindən “Son zəng” açıqlaması
Ölkə10:36 09.06.2016

Təhsil Nazirliyindən “Son zəng” açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil ediləcək.

Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

2016-cı ildə ümumi təhsil məktəblərində "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək. (“Trend”)

Qaynarinfo.az