Xəbər lenti

Təhsil Nazirliyindən tələbələrin aksiyasına REAKSİYA
Ölkə10:49 21.10.2013

Təhsil Nazirliyindən tələbələrin aksiyasına REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Pedaqoji Universitetində bir qrup tələbə semestr imtahanlarının yazılı keçirilməsinə etiraz edib.

Onlar imtahanın test üsulu ilə aparılması tələbini irəli sürüblər. 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, hər universitetdə semestr imtahanlarının hansı formada keçirilməsi professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu, nazirlik tərəfindən təsdiq olunur: 

“Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi nazirlik təsdiq etməyib”. 

Qaynar.info