Xəbər lenti

Təhsil Nazirliyinə 1 milyon manat ayrıldı
Ölkə15:00 05.11.2018

Təhsil Nazirliyinə 1 milyon manat ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.