Xəbər lenti

Təkrar seçkilərlə bağlı iclas keçiriləcək - Ağdaş seçki dairəsində
Ölkə06:56 13.04.2016

Təkrar seçkilərlə bağlı iclas keçiriləcək - Ağdaş seçki dairəsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərkəzi Seçki Komissiyasının (MSK) yaxın günlərdə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin təyin edilməsi ilə bağlı iclası keçiriləcək.

Bu barədə MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası Prezident İlham Əliyevin 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncamına uyğun olaraq müvafiq addımlar atacaq.

Qeyd edək ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. Həmin dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.//Report

Qaynar.info