Xəbər lenti

Təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlandı
Ölkə 20:21 11.06.2024

Təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlandı

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb.


Təhsil İnstitutundan Qaynarinfo-ya bildirilib ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub.

Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.
İmtahanın təfərrüatları:


• Müddət: 120 dəqiqə
• Ümumi sual sayı: 60
Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25
Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25


Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:


İbtidai sinif – Azərbaycan dili
İbtidai sinif – Riyaziyyat


Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->