Xəbər lenti

Tələbə və məzunların nəzərinə!
Ölkə11:28 13.05.2014

Tələbə və məzunların nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 16-da tələbə və məzunlar üçün Qafqaz Universitetində əmək yarmarkası keçiriləcək. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, tədbirin məqsədi tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında əlaqələrin yaradılmasına xidmət edir. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələrinin, o cümlədən bir çox iri şirkətlərin nümayəndələri tədbirə dəvət olunacaq və onlara ixtisaslı kadrların seçiminin aparılması imkanı yaradılacaq. Tədbirdə həmçinin boş (vakant) iş yerləri tələbə və məzunların seçiminə təqdim olunacaq. 

Bu ilin ötən dövründə “Odlar Yurdu” Universitetində və Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının iştirakı ilə) keçirilən belə tədbirlərdə ümumilikdə 376 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib, 45 nəfər peşə hazırlığına cəlb olunub, işəgötürənlər tərəfindən 1220 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunub. 

Qaynar.info