
Universitetdən kənarda satılan məhsullar bufetdə bir qədər baha satılır.
“Xezerxeber”in əməkdaşları bir neçə təhsil ocağının bufeti və qiymətlərlə maraqlanmağa çalışsa da, cəhdləri baş tutmadı.
Marketoloq Yusif Vəliyev təklif edir ki, əgər tələbələr daha ucuz xidmət tələb edirlərsə, bu zaman universitetlər bufetlərini hazırki icarədardan alaraq yemək xidməti ilə məşğul olan şirkətlərə həvalə edə bilər. Hazırda ölkədə yemək xidməti göstərən şirkətlər çoxdur və onlar maksimum ucuz qiymətə işləyirlər.
Qaynarinfo.Az