Simurq İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə "Tələbələrarası Simurq Kuboku" keçirilib.
Qaynarinfo xəbər verir ki, yarış Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunub.
Bakıda yerləşən bütün universitetlərin komandaları qalib adı uğrunda mübarizə aparıblar.
48 sualdan ibarət Simurq Kubokunun sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən "Maqnat" komandası birinci, Azərbaycan Dövlət İqtisad Universitetinin "Zodiac" komandası ikinci, Azərbaycan Tibb Universitetinin "Dominators" komandası isə üçüncü yerə layiq görülüb. Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.