
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda tələbənin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, sentyabrın 2-də Sumqayıt şəhər sakini Vüsal Cəfərov qapalı kəllə-beyin xəsarəti ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01.00 radələrində Yasamal rayonu "20 Yanvar" Metro stansiyasının yaxınlığındakı kafedə V. Cəfərovun Abşeron rayon sakini Pərviz Abbasquliyev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib və o, tutulub.