Xəbər lenti

Ölkə 19:18 09.04.2024

Telefonda zarafat edən uşaqlıq dostunu bıçaqladı, məhkəmə zalından azadlığa buraxıldı

Ötən ilin avqust ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 43 saylı binanın qarşısında dostunu bıçaqlayan şəxs azadlığa buraxılıb. 

Qaynarinfo-nun məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən 2000-ci ildə Bakı şəhərində anadan olmuş Sənan Cəbiyevin (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, 6 avqust 2023-cü il tarixdə axşam saat təxminən 22.00 radələrində Sənan Cəbiyevə qonşusu, uşaqlıq dostu Ələmdar Əliyev (soyad şərti) mobil telefonuna zəng vuraraq onunla zarafat etməyə başlayıb. Ələmdar Əliyev zarafatla təqsirləndirilən şəxsin atasını söyüb və Sənan Cəbiyev ona sərt reaksiya verib.

Beləliklə telfonda edilən zarafata görə Sənan Cəbiyev elə həmin gün Ələmdar Əliyevlə görüşərək "kəpənək" tipli cib bıçağı ilə onu bir dəfə vurub. Nətciədə xəsarət alan Ələmdar Əliyev hadisədən bir gün sonra xəstəxanaya gedib.

Məhkəmənin qərarı ilə Sənan Cəbiyev Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə növündə cəza 2 il sınaq müddəti müəyyən edilərək şərti hesab edilib. O, məhkəmə zalından sərbəst buraxılıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->