Xəbər lenti

"Telegram"da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs saxlanıldı
Ölkə18:20 18.02.2025

"Telegram"da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Xəzər rayonu ərazisində yaşayan bir nəfərin bank kartından 1070 manat maddi vəsaitin naməlum şəkildə digər hesaba köçürülərək oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə təqsirli bilinən Cavid Kərimov saxlanılıb.
Araşdırmalarla onun "Telegram” sosial şəbəkəsində səhifələr açaraq müxtəlif kiber üsullarla bank kartlarından oğurluq etdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, C.Kərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.