Xəbər lenti

Telekanallara 400 min manat ayrıldı
Ölkə10:56 06.06.2013

Telekanallara 400 min manat ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəsait milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə təqdim edilib.

Ötən gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Qaynar.info-un məlumatına görə, iclasda Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında prezidentin sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirələrə uyğun olaraq iclasda milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na, “Xəzər TV” MMC-yə və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 000 (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib.

Qaynar.info