
İdris Heydərli
Biz meşə kimi tanıdıq. Orman deyir anadolu türkü. Qədim yazılarımızda ormandır.
Bəs meşə nədir?
Bu ifadə nə zamandan bəri bizimlədir? Bilmirəm. Amma bilirəm ki, bu ifadə son yüzilliyin icadıdır.
Türkiyə türkcəsində "meşə" palıd ağacına deyərlər.
Dövlət gerbimizdə bir yanı "meşə" - palıd yarpağı olan Biz varıq. Bu "Biz" də yaddaşımızda olan PALID nəyi tanıdır, bilirikmi?
Xəzərlərdən qalma bir yaddaş "meşə" - palıd sevgisi dəyərləşdirir.
Hacıəmi müəllimlə ilə keçmişləri xatırlayırdıq. Gerbimizdə durduq. "Bizi "tabut"a gerbimizlə qoydular. O palıd yarpağı nə qədər ki, bizmlədir, tabutdayıq", - dedi.
Durdum, dondum. Nədən tabut?. Onlar ölülərini son mənzilə yola salarkən tabutun üzərinə palıd yarpağı qoyarlar.
Kimdi onlar?
"Telenqatordur müəllifi gerbimizin", - dedi.
"Azərbaycan Respublikasının Dövlət Gerbi onun dövlət müstəqilliyinin müqəddəs rəmzlərindən biridir.
Gerb sözü Avropa mənşəlidir, hərfi mənada «vərəsəlik», müasir dövlətçilik termini kimi isə müəyyən bir dövlətin, şəhərin, nəslin fərqləndirici rəmzi (nişanı) anlamında olub, əsasən, bayraqda, möhürdə, pul vahidlərində və s. əks etdirilir.
Gerb, onun mənşəyi, gerbdə əks olunan simvolların məna və funksiyası, gerbin komponentləri, quruluşu, sistemi və s. məsələlərlə heraldika sənəti məşğul olur. Heraldikaya bəzən köməkçi tarix fənni olan gerbşünaslıq da deyilir və hərfi mənada «carçı», «xəbərçi» anlamındadır".
"Xəbərçi"mizdə yaddaşlaşan "palıd yarpağı"na necə don geydirək? Deyə bilərik ki, bizim ormanların - meşələrin carçısıdır bu yarpaq? Deyə bilərik ki... Telenqator nə demək istəyirdi, bilirikmi?
Bir süryani dilini biləndən "meşə" nə anlama gəlir soruşun. O bilir. Müqəddəs yarpağın nə qədər qədimlərdən gəldiyini və anlam verdiyini deyəcək. Mən də axtarıram. Bizim palıd, bizim meşə, bizim gerb, bizim düşüncə...Və biz. Bəlkə, oyanaq?