Bu gün "Teleqraf" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 14 il ötür.
"Teleqraf" informasiya agentliyi kimi 2025-ci il fevralın 7-də 2012-ci ildə fəaliyyətə başlamış "Gündəlik Teleqraf" qəzeti və Teleqraf.com xəbər portalının bazasında yaradılıb.
Agentlik ölkəmizdə bütün sahələrdə və mövzularda baş verən hadisələri obyektiv, dəqiq və peşəkar formada işıqlandırmağa çalışır.
"Teleqraf" İnformasiya Agentliyi eyni zamanda Cənubi Qafqazda və dünyada cərəyan edən prosesləri diqqətdə saxlayır, operativ xəbərlər yayır, mühüm hadisələrlə bağlı analitik məqalələr, şərhlər və təhlillər dərc edir.
Ölkə ərazisindən xəbər yaymağı qarşısına məqsəd qoymuş agentliyin şəhər və rayonlarda yerli büroları yaradılıb, Azərbaycanın dost, müttəfiq və strateji tərəfdaşları olan xarici ölkələrdə müxbir postları təsis olunub.
Tərəfsiz informasiya siyasəti həyata keçirən "Teleqraf" İnformasiya Agentliyi geniş kollektivlə işləyir. Məsələlərə peşəkar, əhatəli və doğru yanaşmanı təmin etmək üçün agentliyə öz sahəsində ixtisaslaşmış jurnalistlər cəlb olunub.
Qaynarinfo-njn kollektivi adından həmkarlarımızı təbrik edirik!
Şərhlər