Xəbər lenti

Teleradio kanallarımızın "Türksat"da yayımı dayandırıldı
Ölkə05:30 01.07.2013

Teleradio kanallarımızın "Türksat"da yayımı dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları «Azerspace-1 / Africasat-1a, 460 E» peykinə keçirilib.

«APA-Economics»in «Teleradio» İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, hazırda paketə daxil olan TV və radio kanallar («AzTV», «İdman Azərbaycan», «Mədəniyyət TV», «İctimai TV», «ATV Int.», «Xəzər TV», «Azad Azərbaycan TV») «Azerspace 1 / Africasat 1a» peykindən yayımlanır (qəbul tezliyi – 11169.15 MHs, H, S/R-20400 Mb/s).

Azərbaycan paketinin «Türksat 3A» peykindən mövcud yayımı bu gündən etibarən dayandırılıb.

Qaynar.info