Xəbər lenti

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu
Ölkə 15:01 10.07.2025

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

Tanınmış telejurnalist Telli Pənahqızına yeni vəzifə verildi.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Əməkdar mədəniyyət işçisi, "Dostluq” ordenli, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Şura üzvü, Teleradio Akademiyasının rektoru, şairə və publisist Telli Pənahqızı Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub.

Məlumatı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasından bildiriblər. 

Telli Pənahqızı 1952-ci ildə Ermənistan SSR-in Amasiya rayonunun Aşağı Şorca kəndində dünyaya gəlib. 1980-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Ədəbi fəaliyyətə 1970-ci illərin sonunda başlayıb və ilk şeirləri mətbuatda dərc olunub.

Telli Pənahqızı uzun illər Azərbaycan televiziyasında və mətbuat sahəsində çalışıb, "Azərbaycan gəncləri”, "525-ci qəzet”, "Ədalət”, "Səs” və digər qəzetlərdə publisistik yazılarla çıxış edib. O, eyni zamanda AzTV-də müxtəlif proqramların müəllifi və aparıcısı olub, "Açıq söhbət”, "Görüş yerimiz Vətən olsun” kimi ictimai-siyasi proqramlarla tanınıb.

Telli Pənahqızının "Anamın kitabı”, "Yarpaqlarım üşüyür”, "Ayrılığın harayı”, "Gəl qonağım ol”, "Səni sevdim” və s. adlı şeir kitabları nəşr olunub.

Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olan Telli Pənahqızı həm də gənc jurnalist və şairələrin yetişməsində mühüm rol oynayıb. Teleradio Akademiyasının rektoru kimi bir çox təlim-tədris layihələrinə rəhbərlik edir, tələbələrə televiziya və söz sənətinin incəliklərini öyrədir.//Modern.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->