
Azərbaycanlı milyarder Telman İsmayılov rusiyalı teleaparıcı Lera Kudryavtsevanın toyunun xərclərini ödəyəcək.
ANS PRESS-in argumentiru.com saytına istinadən verdiyi məlumata görə, 41 yaşlı teleaparıcı və onun 23 yaşlı nişanlısı, hokkeyçi İqor Makarovun toyu krallara layiq təşkil ediləcək. Cütlüyün toyu iyulun 7-də İsmayılovun Moskvadakı “Safisa” şadlıq evində keçiriləcək. Biznesmen toyun xərci üçün onlardan bir qəpik də almayıb. Özü isə mərasimə fəxri qonaq qismində dəvət edilib. Tədbiri Nikolay Baskovla İqor Vernik birgə aparacaq.
Qaynar.info