Xəbər lenti

Telman İsmayılov Əli Ağaoğluna ad günü keçirdi - FOTOLAR
06:54 06.03.2015

Telman İsmayılov Əli Ağaoğluna ad günü keçirdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyənin tanınmış iş adamı, Ağaoğlu Şirkətlər Qrupunun sahibi Əli Ağaoğluna doğum günü keçirib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Telman İsmayılovun dəvəti ilə Moskvaya gedən Ağaoğlu yeni yaşını dostlarıyla birlikdə qeyd edib.  

Ağaoğlu “Qiymətli dostum İsmayılovun dəvətiylə Moskvaya gəldik. Özü mənim üçün çox özəl bir ad günü partisi təşkil etdi, yeni yaşıma dostlarımla birlikdə girdiyim üçün xoşbəxtəm”-, deyə bildirib. 

İsmayılova qonaqpərvərliyi və dostluğu üçün təşəkkür edən Ağaoğlu dəvətə xüsusi təyyarə ilə gedib.

İki gündür Moskvada olan Ağaoğlu Kreml sarayı və şair Nazim Hikmətin məzarını da ziyarət edib. 

Qaynar.info

Oxşar xəbərlər