Xəbər lenti

Təmir sexinin zirzəmisində kişi meyiti tapıldı
Ölkə15:15 28.06.2016

Təmir sexinin zirzəmisində kişi meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hələlik onun ölüm səbəbləri məlum deyil.

Qazaxda binanın zirzəmisindən kişi meyiti tapılıb. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Kosalar kənd yolunun kənarındakı maşın təmiri sexlərinin birinin zirzəmisində tapılan şəxs Kosalar kənd sakini, 1983-cü il təvəllüdlü İmamverdi Hüseyn oğlu Hüseynovdur.

İlkin müayinə zamanı onun bədənində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib. Hələlik onun ölüm səbəbləri məlum deyil.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Qaynarinfo.az