Xəbər lenti

Temperatur 5-10 dərəcə enəcək: Qar yağacaq, yollar buz bağalayacaq
Ölkə 16:16 12.12.2024

Temperatur 5-10 dərəcə enəcək: Qar yağacaq, yollar buz bağalayacaq

Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də isə yağışın yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da, qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir.

Qeyd edilib ki, dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->