Xəbər lenti

Temperatur 6 dərəcə enəcək, yağış yağacaq - Xəbərdarlıq
Ölkə09:08 21.07.2016

Temperatur 6 dərəcə enəcək, yağış yağacaq - Xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 22-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qaynarinfo.az"a verilən məlumata görə, iyulun 22-si axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6° aşağı enəcək.

Qərb küləyi 22-23-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. 

Qaynarinfo.Az