Xəbər lenti

Temperatur düşəcək
Ölkə08:11 09.09.2013

Temperatur düşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu  gecə və gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sabah arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 10-da Abşeron yarımadasında güclü xəzri küləyi və havanın temperaturunun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı 2 gündə isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir.

Qaynar.info