Xəbər lenti

Temperatur iqlim normasını keçdi (AÇIQLAMA)
Ölkə13:03 29.08.2017

Temperatur iqlim normasını keçdi (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hava temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Bu barədə oxu.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

"Yaxın 2 gün ərizndə paytaxt və rayonlarda hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyinin əsəcəyi ,arada güclənəcəyi gözlənilir. Havanın temperaturu  gecə saatlarında müsbət 21-25, gündüz saatlarında 31-36 dərəcə olacaq.

Hava şəraitinin əksər rayonlarda yağmursuz olacaqı gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturunun günorta saatlarında 33-38, dağlıq ərazilərdə 25-30 dərəcə arasında dəyişəcəyi gözlənilir."

G.Məmmədovanın qənaətinə görə, əvvəlki illərdə olduğu kimi, avqust ayında temperatur həm bir qədər yüksək olur, həm də aşağı enməsi müşahidə olunur. Bununla belə, o bildirdi ki, hazırda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Qaynarinfo.Az