XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Təmsilçimizin Çempionlar Liqasında oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi
İdman10:20 20.10.2021

Təmsilçimizin Çempionlar Liqasında oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
 
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, oyunlarda ədaləti Josip Barton (Şimali Makedoniya), Joze Kristiano Kardoso Santos (Portuqaliya), Trayan Ençev (Bolqarıstan) və Dejan Veseliç (Sloveniya) təmsil edəcəklər.
Stefan Kammerer (Almaniya) oyunun UEFA nümayəndəsi, Patrik Villemark (Belçika) isə hakim-inspektor olacaq.
28 oktyabr 
20.00. Uraqan (Ukrayna) – Araz-Naxçıvan
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi:  Stefan Kammerer (Almaniya)
İvano – Frankivsk.
  
29 oktyabr 
15.00. Araz-Naxçıvan - "Yunayted Qalati” (Rumıniya)
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi:  Stefan Kammerer (Almaniya)
İvano – Frankivsk.
31 oktyabr. 
16.00. "Liqeni” (Kosovo) - Araz-Naxçıvan
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)
İvano – Frankivsk.
Səbuhi Həsənov