Xəbər lenti

Təmsilçimizin "Pekin-2022"də qazandığı xallar açıqlandı
İdman08:18 10.02.2022

Təmsilçimizin "Pekin-2022"də qazandığı xallar açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanı "Pekin-2022” Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev kişi idmançıların fərdi yarışlarının final mərhələsində (sərbəst proqram) çıxış edib.
Qaynarinfo xəbər verir ki, təmsilçimiz sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Hakimlər onun çıxışını 155.04 xalla qiymətləndirib. Litvintsev fevralın 8-də kişi idmançıların qısa proqramında 84,15 xal qazanmışdı.
Beləliklə, atletimiz "Pekin-2022”dəki mübarizəsini 239.19 xalla yekunlaşdırıb.
Azərbaycanı "Pekin-2022”də təmsil edən digər idmançı olan fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də mübarizəyə başlayacaq.
Səbuhi Həsənov