Xəbər lenti

Ötən ay 190 nəfərin zəhərlənməsinə səbəb nə olub? - RƏSMİ AÇIQLAMA
Ölkə11:00 14.09.2016

Ötən ay 190 nəfərin zəhərlənməsinə səbəb nə olub? - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bəzi hallarda müəyyən edirik ki, toyuqdan soyutma hazırlanır. Bir gün sonra masaya verilir. Bir sutkadan yuxarı 30-40 dərəcə tempraturda saxlanılan qida çox təhlükəli olur. Bu baxımdan insanlar çox diqqətli olmalıdır". 

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib

İmran Abdullayevin sözlərinə görə, keçən ay 75 qida zəhərlənməsi hadisəsi nəticəsində 190 nəfər zərər çəkib: "Avqust ayı ərzində Göyçay və Beyləqan rayonlarındakı şadlıq saraylarında, Bakının Nərimanov rayonunda isbir reklam şirkətində çirklənmiş qidayla qidalanma nəticəsində kütləvi zəhərlənmələr baş vermişdi. Göyçay və Beyləqanda bu hadisələr birbaşa iaşə müəssələrində gigyenik qaydaların ciddi şəkildə pozulması səbəbindən olmuşdu. Gigyena qaydalarına düzgün riayət olunmadan qidaların çirkləndirilməsi insanların zəhərlənməsinə səbəb olub. Götrülən nümunələrində qida zəhərlənmələrinə səbəb ola biləcək bakteriyalar aşkar olundu. Nərminaov rayonunda baş vermiş hadisədə isə bir şirkətdən alınmış qidalar zəhərlənməyə səbəb olmuşdu". 

Şöbə müdiri bildirib ki, bu faktlar qidaya münasibətdə gigeyna qaydalarının kobud şəkildə pozulmasını sübut edir: "Birinci səbəb qida məhsullarının düzgün tempraturda saxlanılmamasıdır. Bişmiş qidalar 65 dərəcədən yuxarı isti halda saxlanılmalıdır. Soyuq qidalar isə 6 dərəcədən aşağı tempraturda bir neçə saat saxlanıla bilər. Avqust ayının isti hava şəraitində toy edərkən qidaların düzgün saxlanılmaması şəraitində zəhərlənmələr baş vermişdi. Bu hadisələr insanların səhhətinə zərər verməklə yanaşı, bu məslədə bilgisinin olması zərurətini yaradır. Bəzi hallarda rayonlarda kənardan tutulma insanlar qidanı çirkləndirir. Çirklənmiş qidalara da bakteriyalarla zənginləşir. Bu da insanların həyatına təhlükə yaradır. Bunun qarşısını almaq üçün mümkün qədər az qida seçilməlidir. Tempratur şəraitinə diqqət olunmalıdır. Mümkün qədər tez istifadə olunmalıdır". 

İmran Abdullayevin fikrincə bu hallar əsasən ev şəraitində baş verir: "Rayon yerlərində restoranları icarəyə verirlər. İcarə qanunsuz bir şeydir. Sahibkar obyektini bir başqasına icarəyə verə bilər, amma məclis keçirməyə verə bilməz. Müəssiəni bir başqasına icarəyə vermək və ona sahibkarlıq hüququ vermək olar. Amma vətəndaşı ora buraxıb, yemək bişirtdirirlər. Bu zaman yeməklərin yarısı evdə, yarısı restoranda bişir. Qaydalara riayət olunmadığına görə, xoşagəlməz hallar baş verir. Bu boşluqlar aradan götrülməlidir. Hər zaman qidalanarkən diqqətli olmalı və nə yediyimizin fərqinə varmalıyıq".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az