Xəbər lenti

Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
Ölkə17:53 02.08.2021

Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan Qaynarinfo-ya verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 545, tank əleyhinə 85 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 6 767 619 m² (677 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Noyabrın 10-dan iyulun 31-dək isə piyada əleyhinə 8951, tank əleyhinə 4022 mina və 10 026 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 39 418 246 m² (3942 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.