Xəbər lenti

Ötən ay dövlət sərhədini pozan 37 nəfər saxlanılıb - DSX
Ölkə11:06 09.03.2017

Ötən ay dövlət sərhədini pozan 37 nəfər saxlanılıb - DSX

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin fevralında dövlət sərhədini pozan 37 nəfər saxlanılıb. Onların 11 nə­fəri Nigeriya, 10 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 3 nəfəri İran, 2 nəfəri Moldova, 2 nəfəri Qana,  hər ölkədən 1 nəfər olmaqla, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkmənistan vətəndaşıdır.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən "Qaynar"a bildirilib ki, sərhəd rejim qaydalarını pozarkən 498 halda 624 nəfər saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 327 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Ay ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 1 kiloqram 295,3 qram narkotik maddə aşkarlanaraq, götürül­üb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 246 min 188 manat olan qaçaqmal, o cümlədən 2 ədəd “KİA” markalı avtomobil, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 12 ədəd patron, 1 ədəd elektro­keyləşdirici, 1290000 Rusiya Federa­siyası rublu, 26500 Avro, 2000 Azərbaycan manatı, 25 ədəd qədimi xalça, 2 ədəd qayıq, 100 ədəd qarmaq, 2553 metr tor, 3391 qutu pirotexniki vasitə, 12191 qutu siqaret, 61 ədəd mobil telefon, 6787 ədəd müxtəlif növ dərman prepa­ratı, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Qaynar.Az