Xəbər lenti

Ötən gün 10 nəfər yol qəzasında ölüb
Ölkə17:42 31.08.2016

Ötən gün 10 nəfər yol qəzasında ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 90 cinayət faktından 35-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş səkkiz yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 47 nəfər tutulub.

Qaynarinfo.Az