Xəbər lenti

Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb
Ölkə09:54 09.03.2022

Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 10,2 min müraciətinə baxılıb.
Bildirilib ki, Baş İdarənin "161-Qaynar xətt" alaqǝ mərkəzinə daxil olan 5 131 müraciətin 4 265-i (83%) nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib.
Eyni zamanda 392 müraciət (8%) prokurorluğun müvafiq struktur qurumlarında, 474-ü (9%) Baş İdarədə araşdırılıb. Baş İdarədə araşdırılan müraciətlərdən 67-si (14%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
2021-ci ildə "161-Qaynar xətt" əlaqə mərkəzina daxil olan müraciətlərin sahələr üzrə bölgüsü:
1. Daxili işlər orqanlarının fəaliyyəti - 1131
2. Səhiyyə - 701
3. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti - 521
4. Sosial müdafiə - 513
5. Bələdiyyələrin fəaliyyəti 340
6. Özəl sahə - 237
7. Təhsil - 182
8. Ədliyyə orqanlarının fəaliyyəti - 175
9. "Azərişıq" ASC-nin fəaliyyəti - 96
10. "Azəriqaz" İB-nin fəaliyyəti - 77
11. Meliorasiya və su təsərüffatı - 72