Xəbər lenti

Təndirə düşüb yandı
Ölkə14:45 25.09.2013

Təndirə düşüb yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zaqatala rayon sakini təndirdə yanıb.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb.

Zaqatala rayonu Muxax kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədəminova Pirdovus Şaban qızı yaşadığı evin həyətindəki təndirə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə düşüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Pirdovus Məmmədəminova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Zaqatala  MRX-dan verilən məlumata görə,  Pirdovus Məmmədəminova təndirə düşməsi nəticəsində yuxarı və aşağı  ətrafların 2-ci və 3-cü dərəcəli texniki yanıq xəsarəti alıb. Hazırda onun vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info