Xəbər lenti

“Terrorçu” məhkəməyə gəldi, ara qarışdı – Generalın daha bir qanunsuz əməli üzə çıxdı
Ölkə08:49 31.08.2022

“Terrorçu” məhkəməyə gəldi, ara qarışdı – Generalın daha bir qanunsuz əməli üzə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1 ay 4 günlük fasilədən sonra Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
Qaynarinfo xəbər verir ki, məhkəmə binası önünə gələn bir qadın proses öncəsi təqsirləndirilən Sahib Ələkbərovu ona qarşı cinayət törətməkdə ittiham edib. Onun sözlərindən bəlli olub ki, Ermənistan qaçqınıdır, 2009-cu ildə Sahib Ələkbərov MTN-də müstəntiq olarkən onu qanunsuz olaraq həbs edib. Ona terrorla hədələmə qondarma ittihamı verilib. Sonradan isə qadın bəraət alıb. Israrla adının çəkilməsini istəməyən qadın bildirib ki, qanunsuz həbsinə anası və atası dözməyərək həyatdan köçüblər. Qardaşı isə xəstəlik tapıb. O, həyatda olan qardaşının yenidən onunla bağlı xəbərləri eşidib vəziyyətinin gərginləşəcəyindən ehtiyat etdiyini, bu səbəbdən adının  açıqlanmasını istəmədiyi deyib. Məhkəmə binası önündə Sahib Ələkbərov həmin qadını görəcək sürətlə ərazidən uzaqlaşıb. Qadın isə Sahib Ələkbərovun arxasınca gedib, ona qarşı sabiq müstəntiqin etdiyi cinayətlər araşdırılmayana qədər mübarizə aparacağını qışqıraraq ona çatdırıb. Məsələyə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov müdaxilə edib, qadından məhkəmə binası önündən uzaqlaşmasını istəyib. O isə Həbib Həsənova deyib ki, ona qarşı ağır cinayət törədən Sahib Ələkbərovdan əl çəkməyəcək: "O, mənim həyatımı alt-üst edib. Yalandan uydurdu ki, guya Razində telefondan dövlət idarəsinə zəng edib terrorla hədələmişəm. Əslində isə belə bir iş olmayıb. Məni MTN-in maddəsi ilə həbs etmək üçün belə bir uydurmanı ortaya atdı. Mən bilməmişəm ki, Sahibin burada məhkəməsi gedir. Baş prokuror Kamran Əliyevin də qəbuluna gedəcəyəm. Mənə qarşı cinayəti də araşdırmalıdırlar”.
Zərərçəkən qadın prosesin keçirildiyi binaya buraxılmayıb, onun açıq məhkəmə prosesində iştirakına imkan verilməyib. Odur ki, məhkəmə binası önündə əyləşərək prosesin bitməsini gözləyib. Məhkəmə prosesi bitəndən sonra isə Sahib Ələkbərov məhkəmə binasından çıxarkən qadın onun ünvanına kəskin ifadələr işlədib, ona qarşı cinayətinə görə cavab verəcəyi günün uzaqda olmadığını deyib: "Sən məni evimdən aparanda da elə qaçardın. Allah sənin bəlanı versin. Mənim evimdən məni apardın, Allah bəlanı versin. Sənlə Şıxəliyevi Allah öldürsün. İndi elə qaçırsan... kimdir cinayətkar? Prezidentin çörəyi sənə haram olsun!”.
Seyid