Xəbər lenti

Tərtərdə polis qəzaya düşdü: Etibarnaməsiz sürürmüş...
Ölkə18:48 07.05.2019

Tərtərdə polis qəzaya düşdü: Etibarnaməsiz sürürmüş...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtərdə polisin iştirakı ilə yol qəzası baş verib.
"Qafqazinfo” xəbər verir ki, hadisə mayın 4-də Bərdə-Tərtər yolunda qeydə alınıb. Dəmirlər kənd sahə polisi Rasim Əlizadənin idarə etdiyi "VAZ 2107” markalı minik avtomobili "VAZ 2106" ilə toqquşub. 
Nəticədə hər iki maşının sürücüsü yüngül xəsarət alıb, "07”nin qadın sərnişini isə başından aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. 
R.Əlizadənin maşını etibarnamə olmadan idarə etdiyi məlum olub. Qəza baş verən vaxt xidmət başında olduğu bildirilir.
Hazırda iş Tərtər rayon tədqiqatlar şöbəsində araşdırılır.