Xəbər lenti

Tərtərdə qəbiristanlıq oğruları ələ keçdi
Ölkə17:49 09.02.2019

Tərtərdə qəbiristanlıq oğruları ələ keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtər rayon sakini Nəcəf İbrahimov fevralın 5-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq olduğu barədə məlumat verib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, məlumatla əlaqədar Tərtər RPŞ-də əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qurbanov saxlanılıb. 
Bundan başqa, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən daha bir əməliyyat tədbiri keçirilib. Belə ki, Sarov kəndindəki qəbiristanlıqdan aliminiumdan düzəldilmiş bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb. 
Dindirilmə zamanı onlar törətdikləri oğurluq əməllərini etiraf ediblər.
Hər iki faktla bağla araşdırmalar davam etdirilir.