Xəbər lenti

Tərtərdə xəstəlik üzündən 500-dən çox heyvan tələf olub
Ölkə06:07 03.03.2017

Tərtərdə xəstəlik üzündən 500-dən çox heyvan tələf olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərtər rayonunda yayılan sarılıq xəstəliyi 500 başdan çox xırdabuynuzlu heyvanın ölümünə səbəb olub.

 "Report" xəbər verir ki, tələfat Əskipara kəndindəki toyuq fermasında məskunlaşan Laçın rayon məcburi köçkünlərinə məxsus bir neçə fərdi təsərrüfatda qeydə alınıb.

Sakinlərin sözlərinə görə, heyvanlar arasında xəstəlik 2 aydır yayılıb. Baytar həkimlər xəstəliyin qarşısını almaq məqsədi ilə vaksinləmə işləri aparsalar da, bu, hələ ki, bir nəticə verməyib. Fermerlər bunu dərman preparatlarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər.

Tərtər Rayon Baytarlıq İdarəsi yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsini məlumatlandırıb.

Qaynar.Az